50 il əvvəl - 1962-ci ildə Aleksandr Soljenitsin "İvani Denisoviçin həyatında bir gün" adlı kitabında Sovet İttifaqında Qulaq adlanan islah əmək düşərgələrindəki Stalin repressiyasını çılpaqlığı ilə əks etdirdi. 1917-1960-cı illər ərazində sovet rejiminə qarşı olan adamlara qarşı əsas repressiya maşını kimi istifadə olunan Qulaq-da milyonlarla insan məcburi əməyə cəlb edilib həyatı məhv edildi. Kitabda müəllif özünün də Sovet rejiminə qarşı təbliğat üstündə tutularaq göndərildiyi Qulaq-da keçirdiyi 8 ilini təsvir edir.
Sovet repressiya aparatının əmək düşərgələri - QULAQ fotolarda
![1932-ci ildə Belomorkanalın qazıntısında çalışan qadın məhbuslar.](https://d3m1qx2mq2w942.cloudfront.net/a8953dd5-8fb0-400e-9e21-71ded66ec1bf_w1024_q10_s.jpg)
6
1932-ci ildə Belomorkanalın qazıntısında çalışan qadın məhbuslar.
![1932-ci ildə Belomorkanalın tikintisində çalışan məhbuslar və onlara baş çəkən rəsmilər.](https://d3m1qx2mq2w942.cloudfront.net/4fec3547-b771-4e49-9d68-b3389b02b4cf_w1024_q10_s.jpg)
7
1932-ci ildə Belomorkanalın tikintisində çalışan məhbuslar və onlara baş çəkən rəsmilər.
![1932-ci il. Belomorkanalın rəhbərinin çıxışından az sonra məhbuslar.](https://d3m1qx2mq2w942.cloudfront.net/c3d7469a-a23b-404e-8c58-0b78a887491d_w1024_q10_s.jpg)
8
1932-ci il. Belomorkanalın rəhbərinin çıxışından az sonra məhbuslar.
![Bolomorkanal düşərgəsində tikiş sexi. 1932-ci il.](https://d3m1qx2mq2w942.cloudfront.net/ce979df4-c31a-4eab-bdf4-f2d41cd4a7ba_w1024_q10_s.jpg)
9
Bolomorkanal düşərgəsində tikiş sexi. 1932-ci il.