-
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Məlumatı APA yayıb. Bildirilir ki, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.
Ondan başqa hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir. Bir nəfər isə Yanız Mərkəzinə yerləşdirilib.
Daha bir nəfər xəstəxanaya yerləşdirilib
!["Günəşli"dəki neft platformasında yanğın](https://d3m1qx2mq2w942.cloudfront.net/8841fa6e-39c9-4367-9516-80d5a4da067d_w250_r1_s.jpg)